Bakıda dönər 49 manata satılır - VİDEO

Bakıda dönər 49 manata satılır – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İnsanların adətən 2-3 manata aldıqları dönər paytaxtdakı dönərxanaların birində bundan 20-25 dəfə baha qiymətə təklif olunur.

Dönərxanaların birində nə az, nə çox – düz 48 manat 90 qəpiyə dönər satılır.

Qiyməti baha olsa da, onun xüsusi hazırlanma və təqdim olunma qaydası var. Dönərçi Turan Şahin deyir ki, 48 manat 90 qəpiyə satılan dönərin özəlliyi, ilk növbədə ətin çəkisi ilə bağlıdır.

Sözügedən dönər qısa müddətdə hazırlanır, müştərilərə müxtəlif turşu və içkilərlə təqdim edilir.

Dönərçinin sözlərinə görə, gün ərzində bu dönərə sifarişlər az olmur.

Dönərçi deyir ki, gələcəkdə sifariş əsasında 2 kq-lıq da dönər hazırlaya bilər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar