A24 Xeber

Bakıda dumanla əlaqədar magistral yolda sürət həddi azaldıldı

Bakıda dumanla əlaqədar magistral yolda sürət həddi azaldıldı
34
23 Aprel 2018 - 23:50

Bakıda Bilgəh-Mərdəkan yolunda sürət həddi azaldılıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Məlumatda bildirilir ki, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektinin bəzi hissəsində (Sabunçu körpüsündən Əmircan qəsəbəsinə və Bilhəhdən Mərdəkan qəsəbəsinədək) sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.

Məlumat üçün qeyd edək ki, hazırda paytaxtın Heydər Əliyev prospekti (“Koroğlu” metrostansiyasından hava limanı istiqamətində), Ziya Bünyadov prospekti (“Koroğlu” metrostansiyası istiqamətində) Sabunçu-Zabrat yolunda, Bakıxanov, Qaraçuxur qəsəbələrində, Nizami rayonun müəyyən hissəsində duman müşahidə edilir. Sürücülərə diqqətli olmalarını tövsiyə edirik.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00