A24 Xeber

Bakıda evə silahlı hücum: Ana və qızı güllələndi

Bakıda evə silahlı hücum: Ana və qızı güllələndi
50
01 İyun 2018 - 2:46

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, insident zamanı ana ilə qızı tüfənglə güllələnib.

Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Anaya sol çiyninin, çənəsinin çoxsaylı yaraları, qızına isə döş qəfəsinin çoxsaylı yaraları diaqnozu təyin edilib. Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.

Bildirilir ki, ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyib.

 Cütlüyün arasında münaqişə yaranıb və oğlan onların yaşadığı evə gələrək hər ikisini güllələyib.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır. Silahlı şəxsin saxlanıldığı bildirilir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00