Bakıda faciə: "Konduktor" avtobusdan yıxılıb öldü

Bakıda faciə: “Konduktor” avtobusdan yıxılıb öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

A24.Az Trend-ə istinadla məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Müseyibov Sərxan Fərman oğlunun idarə etdiyi, 40 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewo” markalı 90 TG 365 dövlət nömrə nişanlı avtobusda baş verib.

Marşrut avtobusu Sabunçu körpüsü üzərindən Sabunçu qəsəbəsi istiqamətində hərəkət edərkən avtobusda pulyığan işləyən Cabbarov Tural Elçin oğlu avtobusun qapısı açıq olduğu üçün yola yıxılıb.

T.Cabbarov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar