Bakıda FIA Formula 2 yarışlarına start verildi

Bakıda FIA Formula 2 yarışlarına start verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyasına start verilib.

“A24.az”ın məlumatına görə, sərbəst yürüşlərdə 10 komandanı təmsil edən 20 pilot iştirak edir.

Xatırladaq ki, ötən il Bakıda Formula 2 turunun ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Çarles Lekrerk, ikinci yarışında isə “BWT Arden” komandasının pilotu Norman Nato qələbə qazanmışdı.

Qeyd edək ki, bu gün Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi – Azərbaycan Qran Prisi başlayır.

Trasda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar