A24 Xeber

Bakıda Formula yarışlarında QƏZA – FOTO

Bakıda Formula yarışlarında QƏZA – FOTO
111
27 Aprel 2018 - 12:30

Bu gün Bakıda keçirilən “Formula 1 Azərbaycan Qran Prisi”nin ilk günündə Formula 2 sinfində avtoyürüşlərin sərbəst yürüş sessiyası zamanı qəza baş verib.

“A24.az” xəbər verir ki, “BWT Arden” komandasının pilotu Maksimilian Günterin idarə etdiyi boliddə alışma olub.

Lakin marşalların köməyi ilə bolidin yanmasının qarşısını almaq mümkün olub.

Qeyd edək ki, bu gün Bakıda 2018 “Formula 1” dünya çempionatının 4-cü mərhələsi – Azərbaycan Qran Prisi başlayır.

Trasda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00