Bakıda hava limanında şübhəli çanta: rentgen aparatı cinayəti aşkarladı

Bakıda hava limanında şübhəli çanta: rentgen aparatı cinayəti aşkarladı
Want create site? Find Free WordPress Themes and plugins.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən a24.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı gömrük nəzarətindən “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.

Daha sonra vətəndaşın çantası yoxlanılıb və çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 299 ədəd – hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 29.900 ABŞ dolları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar