Qumar üstündə atasını öldürən, anasını bıçaqlayan keçmiş məhkum yenidən tutuldu - Yenilənib

Qumar üstündə atasını öldürən, anasını bıçaqlayan keçmiş məhkum yenidən tutuldu – Yenilənib
Want create site? Find Free WordPress Themes and plugins.

Atasını qətlə yetirməkdə şübhəli bilinən Xətai rayonu ərazisində yaşayan Emin Sadıqov tutulub.

Martın 12-də Xətai rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Emin Sadıqov evində münaqişə zəminində əvvəllər məhkum olunmuş atası Salehə və anası Yasəmənə bıçaqla xəsarət yetirib. Nəticədə Saleh ölüb, Yasəmən isə xəstəxanaya yerləşdirilib.

Xətai RPİ 36-cı PB əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Sadıqov tutulub.

*****

12:05

Dünən Bakı şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“A24.az” “lent.az”a istinadən xəbər verir ki, Əbilov küçəsi ev 18/12 ünvanında atası, 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürən 30 yaşlı Emin Sadıqovun külli miqdarda qumar borcu olub.

Xeyli vaxtdır mərc oyunları ilə məşğul olan Eminin külli miqdarda borcu yaranıb və hadisə bu səbəbdən baş verib.

Bildirilir ki, E.Sadıqov məhz qumar borcuna görə oğurluq etdiyi üçün məhkum edilib. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb. Nəticədə çıxılmaz vəziyyətə düşən E.Sadıqov atasından evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək öldürüb. Eminin atasını öldürməsinə mane olmaq istəyən anası da bıçaq xəsarətləri alıb.

Araşdırmalar davam etdilir.

*****

09:08

Bakıda qətl hadisəsi baş verib.

“A24.az” bildirir ki, Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E. Sadıqov 6 ay əvvəl həbsdən çıxıb. Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.

Sadıqov saxlanılıb. Cinayət işi başlanıb, istintaq gedir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar