Bakıda iki evin damı çöküb

Bakıda iki evin damı çöküb
Want create site? Find Free WordPress Themes and plugins.

İki gündür yağan intensiv yağış Bakıda iki evin damının çökməsinə səbəb olub.

Hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, Elşən İsmayılov küçəsindəki 102 və 102A ünvanlı fərdi yaşayış evlərində qeydə alınıb.

Həmin mənzillərdə və eləcə də ətraf tikililərdə əsasən Zəngilanrayonundan olan məcburi köçkün ailələri məskunlaşıb. Damı çökən bir-birinə bitişik mənzillərdə  bu rayondan olan iki ailə yerləşib. Burada evlər terras bənzər şəkildə tikildiyindən, yuxarıdakı evlərin həyətində çatlar  yaranıb. Ev sahibi Akif Qurbanovun sözlərinə görə, yağış suları tədricən torpaq qatını yuyub və nəticədə ağırlıq günorta saatlarında bu iki evin damının içəriyə doğru çökməsinə səbəb olub.

Evlərdə yaşayış təhlükəli hesab edildiyindən ətrafda FHN-in əməkdaşları tərəfindən xüsusi lent çəkilib. Ərazidə əvvəllər buna bənzər hal yaşanmasa da, bundan sonra da sürüşmə faktının qeydə alınmayacağı istisna edilməyib. Baş vermiş hadisə Səbail rayon İcra Hakimiyyəti tərəfindən  qeydə alınıb və evləri çökən hər iki ailə nəzarətə götürülüb. //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar