A24 Xeber

Bakıda iki maşın toqquşub – 13 nəfər xəsarət alıb

Bakıda iki maşın toqquşub – 13 nəfər xəsarət alıb
40
20 İyul 2018 - 10:26

Bakıda iki maşın toqquşub.

“A24.az” xəbər verir ki. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00