Bakıda intihar məqsədi ilə körpünün üstünə çıxan şəxs xilas edilib - Yenilənib

Bakıda intihar məqsədi ilə körpünün üstünə çıxan şəxs xilas edilib – Yenilənib
Want create site? Find Free WordPress Themes and plugins.

Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.

“A24.az” APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər. Bundan sonra intihar etmək istəyən şəxs fikrindən yayınıb və yol ötürücüsünün üstündən endirilib.

 

***

“Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var”.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, tıxac əsasən Heydər Əliyev prospektinin “Atəşgah” dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəsində müşahidə edilir.

“Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır”, – deyə məlumatda vurğulanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar