Bakıda konsert verən məşhur müğənni həbs edildi

Bakıda konsert verən məşhur müğənni həbs edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur amerikalı müğənni Kris Braun həbs edilib. A24.Az-ın məlumatına görə, buna səbəb 27 yaşlı müğəninin Los Anceles şəhərində bir qadını silahla hədələməsi olub.

Los Anceles polisindən verilən məlumata görə, kimliyinin açqılanmasını istəməyən qadının şikayətindən sonra hadisə yerinə gedən polislər Braunu saxlayaraq LAPD həbsxanasına gətirib.

 Braunun müdafiəsini məşhurların vəkili kimi tanınan erməni əsilli Mark Geraqos öz üzərinə götürüb. “Grammy” mükafatı sahibi müğəninin daha əvvəllər də bənzər cinayətlərdə adı hallanıb.  Bunlardan ən yaddaqalanı isə 2009-cu ildə sevgilisi məşhur müğənni Rihannanı döyməsi olub. Bu səbəblə Kris Braun konsert vermək üçün getmək istədiyi başda Avstraliya olmaqla bir çox ölkədən viza ala bilməmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar