A24 Xeber

Bakıda külək elektrik dirəyini dibindən çıxartdı – FOTOLAR

Bakıda külək elektrik dirəyini dibindən çıxartdı – FOTOLAR
700
05 Mart 2017 - 13:48

Bakıda, Səməd Vurğun küçəsi 151 ünvanında,Türkiyənin Azərbaycandakı səfirliyinin yaxınlığında üstündə müşahidə kameraları olan elektrik dirəyi aşıb.

“A24.az” xəbər verir ki, “qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, elektrik dirəyinin aşmasına səbəb paytaxtda əsən güclü külək olub.

Qəza yeni baş verdiyindən, hələ ki, heç bir tədbir görülməyib. Belə ki, elektrik dirəyi hazırda küçənin ortasında qalıb.

Şəkillərdən də göründüyü kimi müşahidə kameraları zədələnib.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00