Bakıda lift işləmədi, xəstənin köməyinə FHN çatdı

Bakıda lift işləmədi, xəstənin köməyinə FHN çatdı
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki hündürmərtəbəli binada yaşayan 1978-ci il təvəllüdlü Novruzov Anar Nizam oğlunun halının kəskin pisləşməsi ilə əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranması, lakin lift işləmədiyi üçün xəstəxanaya təxliyənin mümkün olmaması barədə müraciət daxil olub.

FHN-dən A24.Az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər A.Novruzovu pilləkənlə 16-cı mərtəbədən aşağı endirmiş və həkim briqadasına təhvil veriblər.

Əməliyyat başa çatıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar