Bakıda liftin trosu qırıldı, 6 nəfər şaxtaya düşdü - Hadisə yerindən görüntülər - VİDEO

Bakıda liftin trosu qırıldı, 6 nəfər şaxtaya düşdü – Hadisə yerindən görüntülər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi 18 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında liftin trosu qırılıb.

A24.Az APA TV-yə istinadən xəbər verir ki, binanın 7-ci mərtəbəsində trosu qırılan lift birbaşa şaxtaya düşüb. Nəticədə həmin vaxt liftin içərisində olan 6 nəfərdən üçü – 1998-ci il təvəllüdlü Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16-17 yaşlarında adı hələlik məlum olmayan yeniyetmə oğlan ciddi xəsarətlər alıb. Onlar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər üçündə döş qəfəsinin sındığı müəyyən edilib. Digər zədələnən şəxslərə isə hadisə yerində yardım göstərilib.

Bina sakinlərinin sözlərinə görə, həmin lift nasaz vəziyyətdə olub və əvvəllər də oxşar hadisə yaşanıb.

Hadisənin təfərrüatları araşdırılır. Qəza ilə bağlı hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara da məlumat verilib.

A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar