A24 Xeber

Bakıda “Makarov”la intihar – 56 yaşlı kişi özünü vurdu

Bakıda “Makarov”la intihar – 56 yaşlı kişi özünü vurdu
765
10 Mart 2017 - 10:46

Bakı sakini özünü evində güllələyərək öldürüb.

A24.Az Xəzər rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Buzovna qəsəbəsində baş verib.

1960-cı il təvəllüdlü Dadaşov İldırım Rza oğlu yaşadığı evdə “Makarov” tipli tapançadan atəş açaraq özünü öldürüb. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00