Bakıda manyak şagirddən ibtidai sinif uşaqlarına qarşı iyrənc hərəkət - AÇIQLAMA

Bakıda manyak şagirddən ibtidai sinif uşaqlarına qarşı iyrənc hərəkət – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.
A24.Az-ın redaksiyasına Bakı məktəblərinin birində yaşanan iyrənc hadisə ilə bağlı məlumat daxil olub.
Məlumatda bildirilir ki, Xətai rayon 263 nömrəli məktəbdə azyaşlı uşaqlar 10-cu sinif şagirdinin cinsi təcavüzünə məruz qalıb.
İbtidai sinif uşaqlarına qarşı cinsi hərəkətlər edən şəxsin elə həmin məktəbin şagirdi olduğu bildirilib.
Azyaşlılardan birinin  evdə hadisəni  danışmasından sonra  məsələ üzə çıxıb. Valideynlər məktəb rəhbərliyinə üz tutsalar da, direktorun uşaqlara təcavüz edən şagirdi gizlətdiyi, son günlərdə dərslərə gəlməsinə icazə vermədiyi deyilir.
Məsələ ilə bağlı 263 nömrəli məktəblə əlaqə saxladıq. Sualımızı məktəbin təşkilatçısı Nərgiz Bədəlova cavablandırdı.
Nərgiz Bədəlova məktəbdə bu tip hadisənin baş vermədiyini deyir:
 “Bizim şagirdələrin içində belə tərbiyəsizi yoxdur. Sizə məlumatı deyən şəxs gəlsin sübut etsin ki, belə bir şey olub. Məktəbimizin şagirdlərindən bir nəfərə siz deyən kimi zorakılıq olubsa sübut etsin. Mən həm yuxarı  həm də aşağı sinif şagirdlərinə başımla cavabdehəm. Kimə qarşı zorakılıq olubsa həmin valideyn uşağını gətirsin aparaq ekspertizaya ki, həqiqətən bu məktəbdə belə bir hal olub ya yox” – deyə Nərgiz Bədəlova açıqlamasında bildirib.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar