Bakıda marşrut avtobusu qəzaya düşüb

Bakıda marşrut avtobusu qəzaya düşüb
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda marşrut avtobusu qəzaya düşüb.

A24.Az xəbər verir ki, hadisə bu gün Biləcəri qəsəbəsində qeydə alınıb. Yük maşınının qoşqusuna yığılmış taxta 91 saylı xətt üzrə hərəkətdə olan avtobusun üzərinə aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma şirkətinin nümayəndəsi Taleh Gülməmmədov APA-ya bildirib ki, qəzaya yük maşınının qoşqusundakı taxtanın marşrut avtobusunun üzərinə aşması səbəb olub: “Hadisə baş verən ərazidə məktəb və piyada keçidi var. Piyada keçidində avtobus sürətini azaldıb. Bu vaxt avtobusun sol tərəfi ilə hərəkət edən qoşqulu yük maşınına yığılmış taxta avtobusun üzərinə aşıb. Avtobus da yol kənarında duran minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə qəza anının video-görüntüsü də yayılıb.

(APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar