A24 Xeber

Bakıda maşın dəmir yol ayrıcısına çırpıldı – 1 nəfər öldü

Bakıda maşın dəmir yol ayrıcısına çırpıldı – 1 nəfər öldü
43
27 Aprel 2018 - 3:39

Bakıda sərnişinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

A24.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Salyan magistral avtomobil yolunun 14-cü kilometrliyində, Yasamal rayonu ərazisində  ”Hyundai” markalı minik avtomobili dəmir yol ayrıcısına çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00