A24 Xeber

Bakıda maskalı şəxslər köşkü yardı

Bakıda maskalı şəxslər köşkü yardı
35
31 Mart 2018 - 18:20

Bakı şəhərinin Xətai rayonunda naməlum maskalı şəxslər oğurluq hadisəsi törədib.  

Bu barədə Xətai rayon polis idarəsindən Oxu.Az-a məlumat daxil olub.

Martın 30-da 03:00 radələrində üç cinayətkar Gəncə prospektində yerləşən köşkə basqın edib.

Üzlərində maska olan həmin şəxslər satıcı, Sumqayıt şəhər sakini Əliyev İslam Fazil oğlunu yerə yıxaraq, qarət törədib.

Oğruların ümumilikdə 500 manat məbləğində pul və 3200 manat dəyərində tütün məmulatları oğurladığı bildirilir.

Cinayətkarlar hadisə yerindən qaçıb. Hələlik fakt üzrə heç kim şübhəli qismində saxlanılmayıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00