A24 Xeber

Bakıda mənzildə kişi meyiti tapıldı

Bakıda mənzildə kişi meyiti tapıldı
30
10 May 2018 - 21:38

Bakıda mənzildən kişi cəsədi tapılıb.

A24.Az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Mustafayev Vahid Tapdıq oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00