A24 Xeber

Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə qadın meyiti tapıldı
28
19 May 2018 - 4:57

Bakıda mənzildə 72 yaşlı qadının meyiti tapılıb.

A24.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Abdullayeva Fatma Ələkbər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00