Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağladılar - VİDEO

Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağladılar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sosial şəbəkələrdə Bakıda məsciddən oğurluq edən şəxsin dirəyə bağlanılması ilə bağlı video yayılıb.

“A24.az” bildirir ki, hadisə dünən saat 09:00 radələrində baş verib.

Yasamal rayonu Mirəli Seyidov küçəsi 31-38-ci kvartalda yerləşən “İlahiyyat” məscidində oğurluq edən şəxsi dindarlar dirəyə bağlayıb, polis çağırıblar. Hadisə baş verən əraziyə gələn Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları oğurluq edən şəxsi tutublar.

Məsələ ilə bağlı  “İlahiyyat” məscidinin imam köməkçisi Ağalar Seyidov həmin şəxsin “İlahiyyat” məscidindən dəfələrlə oğurluq etdiyini bildirib:

“Hadisə dünən baş verib. Oğrunu tutub dövlət orqanlarıına təhvil vermişik. Həmin oğru buradan 20-30 dəfə oğurluq edib. Onu həm də ona görə dirəyə bağladıq ki, qorxub, bir də oğurluq etməsin. O, adam da bilir ki, onu yenə buraxacaqlar. Dəfələrlə oğurluq etdiyinə görə polisə təhvil verilsə də, yenidən azadlığa buraxılır. Oğrunun adını və soyadını isə bilmirəm”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Kriminal, Din, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar