Bakıda məşhur ticarət mərkəzində OĞURLUQ edən gənc saxlanılıb- FOTO

Bakıda məşhur ticarət mərkəzində OĞURLUQ edən gənc saxlanılıb- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

“Gənclik Mall”da ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb.

“A24.Az”ın DİN-ə istinadən verdiyi xəbərə görə, paytaxt ərazisində insanların sıx olduğu ticarət mərkəzlərində oğurluqla məşğul olan paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Gözəlli saxlanılıb.

Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzində ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurladığı məlum olub. Belə ki, O.Gözəlli həmin obyektdə insanlar yemək yeyən zaman stolların üsdündə olan və nəzarətsiz qalan mobil telefonları oğurlayıb. İstintaq zamanı saxlanılan şəxsin əldə etdiyi mobil telefonları satdığı məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin ticarət mərkəzində etdiyi oğurluqlar obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktlarla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar