Bakıda metroda sevgilisini bıçaqlayan şəxs saxlanıldı

Bakıda metroda sevgilisini bıçaqlayan şəxs saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda metroda qadını bıçaqlayan şəxs saxlanılıb.

“A24.az” Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, Bakı Metropoliteninin “Nəsimi” stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Elnarə Baloğlan qızını bıçaqlayan 1972-ci il təvəllüdlü Abdullayev Vahid İnqilab oğlu şübhəli şəxs qismində saxlanılıb.

Məlumatda bildirilir ki V.Abdullayev E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, sentyabrın 4-də Bakı Metropoliteninin “Nəsimi” stansiyasının platformasında 1972-ci il təvəllüdlü Quliyeva Elnarə Baloğlan qızı naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb.

Həmin şəxs polislərin hadisə yerinə gəldiyini görərək hadisə yerindən qaçmağa cəhd edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar