Bakıda narkotik satmaq istəyənlər yaxalandı - VİDEO

Bakıda narkotik satmaq istəyənlər yaxalandı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda narkotik maddə satmaq istəyən şəxs tutulub.

Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məmməd Cəfərovu şübhəli şəxs kimi saxlayıb. Onun üzərindən 6,75 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi “VAZ-2121” markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana götürülüb. Araşdırma zamanı məlum olub ki, Məmməd Cəfərov narkotik maddələri yaşadığı Maştağa qəsəbəsində əkib və daha sonra satmaq məqsədi ilə qurudaraq qablaşdırıb.

Sabunçu Rayon 14-cü Polis Bölməsi əməkdaşları da əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Pərviz Muxtarovu saxlayıblar. Onun əlindəki çantaya baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan marixuananın ümumi çəkisinin 4 kiloqram 150 qram olması barədə rəy verilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar