Bakıda önəmli müşavirə: bu icra başçıları işdən çıxarılacaq

Bakıda önəmli müşavirə: bu icra başçıları işdən çıxarılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı rayonlarının icra başçılarının iştirakı ilə müşavirə keçrilib.

“A24.az” “modern.az”a istinadən bildirir ki, iclasda icra başçılarına yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması və sair məsələlərlə bağlı konkret tapşırıqlar verilib.

Bakının bir neçə rayon icra başçılarının işində nöqsanlar olduğu diqqətə çatdırılıb. İnsanlar tərəfindən narazılıqların olduğuna görə yaxın zamanlarda həmin icra başçıların işdən azad olunacağı xəbərdarlığı edilib.

Şikayətlər əsasən Suraxanı, Sabunçu, Xətai, Qaradağ rayonlarında olan narazılıqlarla bağlıdır. Bununla belə paytaxtın digər rayonlarının icra başçılarına da xəbərdarlıq edilib.

Gözlənilən odur ki, təmsil etdiyi bölgədə vəzifələrindən sui-istifadə edən, sakinlərin problemləri ilə maraqlanamayan icra başçıları tutduqları vəzifədən azad ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar