A24 Xeber

BAKIDA ÖZƏL xəstəxana BU DƏFƏ DƏ HƏMKARINI ÖLDÜRDÜ

BAKIDA ÖZƏL xəstəxana BU DƏFƏ DƏ HƏMKARINI ÖLDÜRDÜ
202
17 Aprel 2018 - 11:27

Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

A24.Az Report-a istinadən xəbər verir ki, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlıötən həftə Bakıda yerləşən “MediStyle Hospital”da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni “MediStyle Hospital”da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Ə.Bayramlı pasientləri və həmkarları arasında savadlı həkim kimi tanınıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00