A24 Xeber

Bakıda piyadanı maşın vurdu

Bakıda piyadanı maşın vurdu
79
03 May 2018 - 4:54

 Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsinin qarşısında yolun digər tərəfinə keçmək istəyən 1982-ci il təvəllüdlü Cavadov Seymur Bəylər oğlunu “Mercedes” markalı avtomobil vurub. Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü məsuliyyətə cəlb edib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00