Bakıda piyadanı vuran sürücü sərnişinlə birgə onu döydü

Bakıda piyadanı vuran sürücü sərnişinlə birgə onu döydü
Want create site? Find Free WordPress Themes and plugins.

 Paytaxtın Nərimanov rayonunda dava ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Quliyev Nemət Məhəmmədəli oğlu gecə saatlarında Ağa Nemətullah küçəsində piyadalar üçün müəyyən edilməmiş yerdən yolu keçərkən onu “Mercedes” markalı avtomobil vurub.

Piyada xəsarət alıb. Sürücü və sərnişin maşından düşərək zərərçəkmişə köməklik göstərmək əvəzinə, onu piyada keçidindən istifadə etmədiyinə görə döyüblər.

Daha sonra sürücü hadisə yerini tərk edib. Şahidlərin köməkliyi ilə yaralı xəstəxanya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar