A24 Xeber

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinə qoşulanların sayı 4 milyona çatıb

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinə qoşulanların sayı 4 milyona çatıb
35
20 Mart 2018 - 2:44

“Bakı Telefon Rabitəsi” MMC-nin pulsuz “Wi-Fi” şəbəkəsinə 1 il ərzində qoşulma sayı 4 milyona çatıb.

“A24.az” bildirir ki, bu barədə şirkətdən məlumat verilib.

“İctimai Wi-Fi” layihəsi çərçivəsində simsiz şəbəkənin əhatəsinin genişləndirilməsi işləri 2017-ci ilin martından başlayıb.

Qeyd edək ki, pulsuz “Wi-Fi” şəbəkəsi Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı, “Ağ şəhər” parkı, “Sahil” bağı, “Sabir” bağı, “Xaqani” bağı, “Axundov” bağı, “Zabitlər” parkı, “Qış” parkı,“Hüseyn Cavid” bağı, “Səməd Vurğun” bağı, “Muğan” bağı, “Fashion Avenue”, “Dədə Qorqud” parkı, “İzmir” parkı və “Nərimanov” parkında fəaliyyət göstərir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00