Bakıda qadın yüksək dozada narkotik qəbulundan öldü

Bakıda qadın yüksək dozada narkotik qəbulundan öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyax yaşadığı mənzildə ölü tapılıb.

A24.az xəbər verir ki, Pirallahı rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib və ərazidən maddi sübutlar götürülüb. Meyidin tibbi ekspertizasının cavablarına əsasən, üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Mənzilə baxış zamanı içərisində narkotik vasitəyə bənzər maddə olan 5 bağlama və 2 büküm də aşkar edilərək ekspertizaya təqdim edilib. Həmin bağlama və bükümlərdəki maddələrin çəkisi 1 kiloqram 116 qram heroin və 2 kiloqram 205 qram marixuana olması müəyyən edilib.

İ.Lyaxın yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanılıb.(publika.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar