Bakıda qanvermə aksiyası keçirildi

Bakıda qanvermə aksiyası keçirildi
Want create site? Find Free WordPress Themes and plugins.

“Təmiz Şəhər” ASC Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədilə qanvermə aksiyası keçirib.

“A24.Az” xəbər verir ki, aprelin 24-də Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun inzibati binasında keçirilən aksiyada “Təmiz Şəhər” ASC-nin 100-ə yaxın əməkdaşı qan verərək talassemiyadan və hemofiliyadan əziyyət çəkən şəxslərə dəstək olublar. Aksiyada Balaxanı Sənaye Parkının rezidentləri kimi fəaliyyət göstərən müəssisələrin əməkdaşları da iştirak edib.

“Təmiz Şəhər” ASC hər il “Talassemiyasız həyat naminə” proqramına qoşulur və qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar