A24 Xeber

Bakıda qaz kəmərində sızma baş verib

Bakıda qaz kəmərində sızma baş verib
52
13 Aprel 2018 - 13:19

Bakıda qaz kəmərində qaz sızması yaranıb.

“A24.az” bildirir ki, bu barədə Trend-ə Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev məlumat verib.

Məlumata görə, qaz sızması Xətai rayon ərazisindəki orta təzyiqli qaz kəmərində baş verib: “Aşkar olunan qaz sızması nəticəsində bu gün səhər saat 10:00 radələrindən etibarən rayonun Mehmandarov küçəsi və Babək prospektinə qazın verilişi müvəqqəti dayandırılıb. Hazırda kəmərdə sızmanın qarşısının alınması üçün təmir-bərpa işləri görülür. Təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə qazın verilişi bərpa ediləcək”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00