A24 Xeber

Bakıda Qədr gecəsi keçirilib – FOTOREPORTAJ

Bakıda Qədr gecəsi keçirilib – FOTOREPORTAJ
305
08 İyun 2018 - 9:04

Bakının Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi Zəhra” məscidində növbəti Qədr gecəsi keçirilib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, yüzlərlə insan məscidin içinə və bayırına toplaşaraq birlikdə əhya gecəsinin əməllərini yerinə yetiriblər.

Qədr gecəsi – Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Quranın nazil olduğu gecədir. Qurani-Kərim əziz İslam peyğəmbərinin mübarək qəlbinə iki cür nazil olub: 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə. Yəni Həzrət Peyğəmbər (s) hələ insanlara Quranı çatdırıb qurtarmamışdan öncə, Qədr gecəsində Allah kitabını bütövlükdə mənimsəmişdi.

“Qədr gecəsi” ifadəsi azərbaycanca həm də “müqəddərat gecəsi” mənasını daşıyır. Quranın “Qədr” surəsində bu gecə barəsində danışarkən, Allah iki məsələyə diqqət yetirir. Birincisi, Quranın bu gecədə nazil olmasına, ikincisi isə, insanların gələn ilə kimi qədər-qismətlərinin yazılmasına.

Peyğəmbər (s) və imamlar (ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Qədr gecəsində əhya saxlanılıdğından (oyaq qalmaq) bu üç gecəyə həm də “əhya gecələri” deyilir.

Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Lakin, bununla belə Qədr gecələrinin əməlləri vacib deyil, müsəthəbdir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00