A24 Xeber

Bakıda QƏTL – 64 yaşlı kişi öldürüldü

Bakıda QƏTL – 64 yaşlı kişi öldürüldü
748
13 Mart 2017 - 12:46

Bakıda qətl törədilib. A24.Az xəbər verir ki, fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun üzərində baş nahiyəsinə küt alətlə xəsarət yetirilməyə xarakterik olan meyidi Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Məmmədov tutulub.

Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00