Bakıda qətl: gənc oğlanı ürəyindən bıçaqladılar

Bakıda qətl: gənc oğlanı ürəyindən bıçaqladılar
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 20-dən 21-nə keçən gecə Bakıda qətl törədilib. Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Rəşad Əliyev 3-cü mikrorayon dairəsi yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ancaq xəsarəti ağır olduğundan, həkimlər ürək nahiyəsindən bıçaqlanan R.Əliyevi xilas edə bilməyib.

Hadisənin təfərrüatlarını Nəsimi rayon Prokurorluğu araşdırır. Faktla əlaqədar Nəsimi polisi də əməliyyat-axtarış tədbirlərinə başlayıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar