Bakıda qəza: "Porsche" ilə "Geely" bir-birinə girdi - VİDEO - FOTO

Bakıda qəza: “Porsche” ilə “Geely” bir-birinə girdi – VİDEO – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

A24.Az APA-ya istinadən bildirir ki, avtoqəza Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Yol qəzasında “Porsche” markalı minik maşını ilə “Geely” markalı taksi avtomobili toqquşub.

Məlumata görə, “Porsche” Füzuli küçəsi ilə eyni adlı meydan istiqamətində hərəkət edirmiş. “London Taxi” avtomobili isə S.Vurğun küçəsi ilə gələn zaman yol ayırıcısında onun qarşısına çıxıb. Toqquşmadan sonra avtomobillər beton arakəsmələrə də dəyib. Nəqliyyat vasitələrinə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisənin səbəblərinə gəlincə, sürücülər bunu S.Vurğun küçəsini Füzuli küçəsi ilə ayıran işıqforun işləməməsi ilə əlaqələndirib.

Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar