Bakıda qəza zamanı avtomobil yandı: ölənlər var - FOTOLAR

Bakıda qəza zamanı avtomobil yandı: ölənlər var – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, 37 yaşlı Rahid Məmmədov idarə etdiyi “10-HF-590” dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yüksək sürətlə qəfil qarşısına çıxan “Range Rover”lə toqquşub.

Şahidlərin sözlərinə görə, qəza nəticəsində “Range Rover”in sürücüsü yüngül bədən xəsarətləri alıb. Zərbənin gücündən “Range Rover” yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

“Ford” markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orucov Orxan Fikrət oğlu çıxarılıb və “təcili yardım”ın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü R.Məmmədov isə elə hadisə yerində ölüb.

Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar