A24 Xeber

Bakıda ruhi əsəb xəstəsi olan qız itkin düşüb

Bakıda ruhi əsəb xəstəsi olan qız itkin düşüb
22
16 Sentyabr 2018 - 10:34

Bakıda gənc qız itkin düşüb.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

“A24.az” bildirir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi ev 24 a-da yaşayan Məmmədova Tahirə Nəriman qızı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 1993-cü il təvəllüdlü Hacıyeva Aygün Nüsrət qızı avqustun 28-də gecə saat 23 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Məlumata görə, A.Hacıyeva ruhi əsəb xəstəsidir.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.

Trend.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00