Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzib- FOTOLAR 

Bakıda sərxoş sürücü 7 qonşunun avtomobilini əzib- FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Binəqədi rayonunda sərxoş sürücü 7 qonşunun maşınını əzib.

A24.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Atatürk prospekti, 65 ünvanında baş verib.

“Hyundai” markalı avtomobilin sürücüsü Rasim Kazımov öz avtomobili ilə sərxoş vəziyyətdə evinə gəlib. O, binanın həyətində avtomobilini park etmək istəyərkən qonşulara məxsus maşınları əzib. Hadisə nəticəsində 7 avtomobilə ciddi ziyan dəyib. Qonşulardan birinə məxsus “Nissan” markalı avtomobil zərbənin gücündən həyətin küçə divarını dağıdıb. Dağılan divar isə yol kənarında dayanmış “Toyota Prado” markalı avtomobilin üstünə aşıb.

Hadisəni törədən sürücü Rasim Kazımov xəsarət alıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Sərxoş sürücü əvvəlcə tibbi yardım üçün xəstəxanaya, daha sonra isə polis idarəsinə aparılıb. Rasim Kazımov saxlanılarkən anlaqsız vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

bakida serxos surucu 7 qonsunun avtomobilini ezib

bakida serxos surucu 7 qonsunun avtomobilini ezib

bakida serxos surucu 7 qonsunun avtomobilini ezib

bakida serxos surucu 7 qonsunun avtomobilini ezib

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar