Bakıda su yaşıl rəngdə gəldi - FOTOLAR

Bakıda su yaşıl rəngdə gəldi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Səbail rayonunda son iki gündür ki, içməli su qara, tünd yaşıla çalan rəngdə, kəskin lilli gəlib.

Sakinlərin redaksiyaya göndərdiyi şəkillər dünən gecə saatlarında çəkilib.  Qeyd edirlər ki,  dünən günorta saatlarında su tamamilə tünd yaşıl rəngdə gəlirmiş.

Bununla bağlı Səbail  Su Kanal İdarəsi ilə əlaqə saxladıq. A24.Az-a idarədən verilən məlumata görə, suyun kəskin lilli şəkildə gəlməsinə səbəb Kür çayının lillənməsi ilə bağlıdır.  “Problem qismən aradan götürülüb. Bu gündən başlayaraq içməli su normal rəngdə veriləcək.  Xəttləri boşaltdıq, təmizlədik. Çirkli sular bəzi xətlərdə qalıb. Yaxın zamanda o da təmizlənəcək”.

Vüsalə Əlövsətqızı, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar