Bakıda sürət qatarı piyada qızı vurdu – VİDEO

Bakıda sürət qatarı piyada qızı vurdu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı-Sumqayıt elektrik qatarı dəmiryolundan keçən piyadanı vurub. Həmin qəza anı qatarın təhlükəsizlik kamerasına düşüb.

A24.Az-ın xezerxeber.az-a istinadla məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Bakı-Sumqayıt sürət qatarının yoluna çıxan bir qrup gənc yolu keçməkdə məsuliyyətsizlik ediblər. Ani məsuliyyətsizlik az qala faciə ilə qurtaracaqdı.

Görüntülərdə bir neçə oğlan yolu keçir. Onların yanında olan xanım isə bir az ləngiyir. Xoşbəxtlikdən gənc qız qatarın altına yox, kənara düşüb.

Gənclər hadisədən sonra ərazidən qaçıblar. Maşinist hadisədən sonra qatarı saxladığı üçün təxminən 8 dəqiqə gecikmə ilə Bakı Sərnişin vağzalına çatıb.

Bununla bağlı da yol boyu bütün stansiyalardakı dispetçerlərə məlumat verib. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları görüntülər əsasında həmin şəxsləri axtarır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar