Bakıda tələbələr dalaşdı - 20 manata görə qan tökdülər

Bakıda tələbələr dalaşdı – 20 manata görə qan tökdülər
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Binəqədidə bıçaqlaşıblar.

A24.Az sputnik.az-a istinadən xəbər verir ki, hər şey fevralın 27-də Talıb və 1997-ci il təvəllüdlü Quliyev Asim Nazim oğlu adlı iki tələbənin pul üstündə mübahisəsindən başlayıb. Talıb Asimdən 20 manat pul tələb edib və onu döyüb. Münaqişə martın 1-nə qədər davam edib.

Martın 1-də, gecə saat 00:10-da Talıb və onun 8 nəfərdən ibarət dəstək qrupu Binəqədi rayonundakı İsmayılov küçəsində Asimin qohumları ilə toqquşub. Davaya Asimin qardaşı Rəşad Quliyev (1991-ci il təvəllüdlü), qohumları Abdullayev Röyal Məhərrəm oğlu (1989-cu il təvəllüdlü), Hüseynov Elnur Yusif oğlu (1989-cu il təvəllüdlü) və Abdullayev Vüsal Qasım oğlu (1991-ci il təvəllüdlü) gəlib. Bu davada Röyal Abdullayev və Elnur Hüseynov bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı polis bölməsinin əməkdaşları xuliqanlıqda şübhəli bilinən Novruzov Talıb Əsəd oğlunu (1996-cı il təvəllüdlü) və Əhmədov Eldar Elman oğlunu (1996-cı il təvəllüdlü) saxlayıblar. Davanın daha bir iştirakçısının 1995-ci il təvəllüdlü Mirmehdi Əsədov olduğu müəyyənləşdirilib.

İnsidentin digər iştirakçılarının axtarışı davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar