A24 Xeber

Bakıda torpağın qiyməti bahalaşıb – SƏBƏBLƏR

Bakıda torpağın qiyməti bahalaşıb – SƏBƏBLƏR
88
29 İyun 2017 - 23:42

Ötən ay Bakıda torpaq bazarında 0,6 faiz qiymət artımı qeydə alınıb.

A24.Az Trend-ə istinadən bildirir ki, bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, Bakıda torpaq bazarında bu il ərzində qiymət artımı 11,5 faiz təşkil edib.

Ekspert bildirib ki, yaz aylarında adətən danşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur:

“Ancaq yayda qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan isə yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00