Bakıda toz-dumanın normadan artıqdır - XƏBƏRDARLIQ

Bakıda toz-dumanın normadan artıqdır – XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

Martın 29-30-da ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

A24.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə martın 20-u səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar