A24 Xeber

Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.

“A24.az” xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Unikal.org”a açıqlamasında bildirib ki, hazırda sözügedən sujetlə bağlı BDYPİ-də araşdırma aparılır:

“Videodan da göründüyü kimi, bu olduqca köhnə bir materialdır. Sujetlə bağlı artıq xəbərimiz var və onunla bağlı araşdırma aparılır. Təəssüflər olsun ki, sujetdə heç nə görünmür və bilinmir. İlkin versiya bundan ibarətdir ki, kadırlar olduqca köhnədir. Sözügedən görüntünün tarixi, saatı və məkanı bəlli deyil. İnsanların üzünü belə müəyyənləşdirmək olmur. Bütün bunlara baxmayaraq araşdırma davam edir”.

Vaqif Əsədov bildirib ki, araşdırma nəticə verərsə sözügedən gənclərlə bağlı qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək.

Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb. “A24.az” xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Unikal.org”a açıqlamasında bildirib ki, hazırda sözügedən sujetlə bağlı BDYPİ-də araşdırma […]

Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı açıqlama – VİDEO

65