Bakıda tunelı bağlayıb şampan partladanlar həbs olundu - VİDEO

Bakıda tunelı bağlayıb şampan partladanlar həbs olundu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda tuneldə avtomobillərini saxlayaraq şampan partladan və digər hərəkət iştirakçılarına maneçilik törədən gənclər həbs olunub.

“A24.az” bildirir ki, bu barədə özəl olaraq Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, araşdırmalar nəticəsində məlum olub ki, hadisə iyulun 8-də baş verib, toy karvanında iştirak edən bir qrup şəxs bu cür hərəkətə yol verib: “Hadisə ilə bağlı yeddi nəqliyyat vasitəsi aşkarlanıb, dörd nəfər 20 sutka və bir il sürücülük hüququndan məhrumetmə cəzası alıb, üç nəfər barəsində isə hazırda Nərimanov rayon məhkəməsi tərəfindən qərarın qəbul edilməsi üçün proses gedir”.

V.Əsədov bir daha toy karvanı iştirakçılarını diqqətli olmağa, pozuntulara yol verməməyə çağırıb.

Bölmə rəisi əlavə edib ki, həmin şəxslər, deyildiyi kimi məmur övladları olmayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Kriminal, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar