Bakıda üç avtomobil toqquşdu: 2 nəfər xəsarət aldı

Bakıda üç avtomobil toqquşdu: 2 nəfər xəsarət aldı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Xəzər rayonu ərazisində, Aeroport yolunda yol qəzası baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı “QAZ 31105”, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub.

Avtomobillərin üçü də şəhərin mərkəzi istiqamətində hərəkət edirmiş. Yüksək sürət və ara məsafələrinin qorunmaması səbəbindən əvvəlcə “Saipa” və “QAZ 31105” markalı avtomobillər toqquşub. Daha sonra “Opel” də onlara çırpılaraq qəzanın iştirakçısına çevrilib. Nəticədə avtomobillərdə olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar