A24 Xeber

Bakıda və bölgələrdə bal yarmarkası olacaq – TARİXLƏRİ

Bakıda və bölgələrdə bal yarmarkası olacaq – TARİXLƏRİ
44
10 Sentyabr 2018 - 12:34

Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.

“A24.az” xəbər verir ki, nazirlikdən verilən məlumata görə, sərgi-satış yarmarkasının açılışı oktyabrın 5-i saat 12.00-da olacaq.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.

Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.

  • Lənkəran iqtisadi rayonu üzrə – 15-18 sentyabr
  • Aran iqtisadi rayonu üzrə – 19-21 sentyabr
  • Gəncə-Qazax iqtisadi rayonu üzrə – 22-24 sentyabr
  • Şəki-Zaqatala iqtisadi rayonu üzrə – 25-27 sentyabr
  • Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə – 28 sentyabr
  • Dağlıq Şirvan iqtisadi rayonu üzrə – 29 sentyabr
  • Naxçıvan iqtisadi rayonu üzrə – 30 sentyabr
  • Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə – 30 sentyabr

Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00